21 Fevral 2025
Dünya futbolu

“Bavariya” mərhələ adladı, “Milan” “Feyenoord” səddində “ilişdi”

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

İdmanxeber.az-ın məlumatına görə, ilk oyun günündə 4 görüş keçirilib.

Günün ilk matçında Niderland təmsilçisi “Feyenoord” səfərdə “Milan”la qarşılaşıb. Səfərdə çətin rəqibinə məğlub olmayan Roterdam təmsilçisi mərhələ adlayan tərəf olub. 

Münhendə “Bavariya” Şotlandiya “Seltik”i ilə sülhə razılaşsa da, səfərdə qazandığı qələbə sayəsində tur adlayıb.

UEFA Çempionlar Liqası
1/16 final mərhələsinin cavab oyunları

18 fevral

“Milan” (İtaliya) – “Feyenoord” (Niderland) 1:1
Qollar: S.Ximenes, 1 – Karransa, 73.

İlk oyun – 0:1

“Atalanta” (İtaliya) – “Brügge” (Belçika) 1:3
Qollar: Lukman, 46 – Talbi, 3; 27. Yutqla, 45+3.

İlk oyun – 1:2

“Bavariya” (Almaniya) – “Seltik” (Şotlandiya) 1:1
Qollar: A.Deyvis, 90+4 – N.Kun, 63.

İlk oyun – 2:1

“Benfika” (Portuqaliya) – “Monako” (Fransa) 3:3
Qollar: K.Aktürkoğlu, 22. Pavlidis, 76-pen. O.Kökçü, 84 – Minamino, 32. Ben Seqir, 51. İlenixena, 81.

İlk oyun – 1:0


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43