Dünya futbolu

“Bavariya” “Mançester Yunayted”dən 70 milyon tələb edir

“Mançester Yunayted” “Bavariya”dan müdafiəçi Matteys de Liqti heyətinə qata bilər.

İdmanxeber.az-ın məlumatına görə, Münhen komandası 24 yaşlı niderlandlıya görə 70 milyon avro almaq istəyir. “Mançester Yunayted” bunun yarısını ödəməyə hazırdır.

Eyni zamanda, “Bavariya”nın yeni baş məşqçisi Vinsent Kompani artıq müdafiəçinin potensial gedişini nəzərə alaraq, növbəti mövsüm üçün heyəti planlaşdırır.

De Liqt 2022-ci ilin yayından “Bavariya”da çıxış edir. Ötən mövsüm o, bütün turnirlərdə 30 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun dəyərini 65 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43