“Milan”ın müdafiəçisi Fikayo Tomori karyerasını Almaniyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Bavariya”nın maraq dairəsinə düşüb. Münhen klubu bu ay futbolçu üçün rəsmi danışıqlara başlayacaq.
Bu mövsüm Fikayo Tomori 16 matçda iştirak edib və 3 qol vurub. Hazırda futbolçu zədəsini sağaldır.