“Bavariya” Yozua Kimmixlə bağlı yekun qərarını verib.
İdmanxeber.az-ın məlumatına görə, Münhen təmsilçisi təcrübəli futbolçuya yeni müqavilə təklif etməyəcək. Rəhbərlik əvvəl onu komandad saxlamağı düşünsə də, artıq bu fikirdən danışıb.
Kimmixin klubla sözləşməsi mövsüm sonu başa çatır.
Almaniya millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 1 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.