Manuel Noyer və yarımmüdafiəçi Tomas Müller 2025-ci ilin yayında “Bavariya”nı tərk edə bilər.
İdmanxeber.az “Bild” nəşrinə istinadən xəbər verir ki, hər iki futbolçunun müqaviləsi 2025-ci il iyunun 30-da başa çatır. Münhen klubunun rəhbərliyi futbolçularla sözləşmə yeniləmək niyyətində deyil.
Qeyd olunur ki, “Bavariya” onları göndərməklə maliyyə yükünü yüngülləşdirmək istəyir. Oyunçuların hər birinin maaşı təxminən 20 milyon avrodur.