“Bavariya”nın hücumçusu Tomas Müller daha bir il klubda qala bilər.
İdmanxeber.az-ın məlumatına görə, komanda 34 yaşlı oyunçunu paltardəyişmə otağının lideri kimi dəyərləndirir. Klub rəhbərliyi onun gələn ilin iyununda başa çatacaq yeni müqaviləyə razılaşacağına inanır.
Bu mövsüm Müller Bundesliqada 10 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.