“Bavariya”nın qapıçısı Manuel Noyer Münhen klubundan ayrılacaq.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər yeni müqavilə üçün razılığa gəliblər. Sözləşmə 2026-cı ilə qədər nəzərdə tutulub.
Noyer 2011-ci ilin yayından münhenlilərin şərəfini qoruyur. O, bu mövsüm Vensan Kompaninin komandasının heyətində bütün yarışlarda 19 oyun keçirib, 13 qol buraxıb və 12 dəfə qapısını toxunulmaz saxlayıb.