“Bavariya”nın meneceri Çempionlar Liqası matçı ərəfəsində Barselona küçələrində oğrunun qurbanı olub.
İdmanxeber.az-ın məlumatına görə, Münhen klubunun nümayəndəsi gəzinti zamanı qarət edilib. Onun bahalı saatı, pul kisəsi və “iPhone 15” markalı telefonu oğurlanıb. Zərərçəkmiş polisə ifadə verib.
Eyni zamanda hüquq-mühafizə orqanları oğurlanmış əşyaların geri qaytarılmasının çox çətin olacağı barədə xəbərdarlıq edib.
“Barselona” – “Bavariya” matçı bu gün keçiriləcək. Start fiti Bakı vaxtı ilə saat 23:00-da çalınacaq.