16 Sentyabr 2024
Dünya futbolu

“Bavariya” sabiq məşqçisini geri gətirmək istəyir

“Bavariya” komandanı yenidən sabiq məşqçisinə etibar etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, Tomas Tuxellə mövsümün sonunda yolları ayıracaq Münhen klubu onun yerinə yenidən Yulian Nagelsmannı gətirməyi düşünür.

Xatırladaq ki, ötən ilin martında “Bavariya” Nagelsmanı göndərib onu Tuxellə əvəz etmişdi.

36 yaşlı mütəxəssis hazırda Almaniya millisini çalışdırır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43