20 Sentyabr 2024
Dünya futbolu

“Bavariya” Zidanla maraqlanmır

“Real”ın keçmiş baş məşqçisi Zinəddin Zidan cari mövsümün sonunda “Bavariya”ya rəhbərlik etməyəcək

İdmanxeber.az-ın məlumatına görə, Münhen rəhbərliyi fransalı mütəxəssisi transfer etməkdə maraqlı deyil. 51 yaşlı Zidanın rəhbərliyi altında “Real” üç dəfə Çempionlar Liqasının qalibi olub, iki dəfə İspaniya çempionu olub.

Almaniya çempionatının 26 turundan sonra Münhen komandası 60 xalla ikinci pillədə qərarlaşıb. Lider “Bayer”dən fərq 10 xaldır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43