“Bavariya” qapıçısı Manuel Noyerlə müqavilə uzadır.
İdmanxeber.az-ın məlumatına görə, 38 yaşlı oyunçu ilə mövsüm sonuna qədər sözləşmə imzalanacaq.
Noyer cari müqavilədə olduğu kimi, bonuslar da daxil olmaqla, ildə təxminən 20 milyon avro qazanacaq, lakin baza maaşı azalacaq.