“Bavariya”nın yarımmüdafiəçisi Coşua Kimmix gələcəyi ilə bağlı qərarını verib.
İdmanxeber.az-ın məlumatına görə, 30 yaşlı futbolçu komandada qalmaq istəyir. Tərəflər müqavilə uzatmaq üçün danışıqlara başlayacaq.
Dah öncə “Real”ın almaniyalı futbolçunun xidmətində maraqlı olduğu bildirilirdi.
Kimmix 2015-ci ildən “Bavariya”nın şərəfini qoruyur. Yarımmüdafiəçi bütün yarışlarda münhenlilərin heyətində 425 matçda 43 qol vurub, 114 məhsuldar ötürmə edib.