“Bavariya”ın yarımmüdafiəçisi Coşua Kimmixin gələcəyi bəlirsizdi.
İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı futbolçunun klubu ilə müqaviləsi 6 aydan sonra başa çatacaq. O, hələ Münhen təmsilçisi ilə yeni sözləşmə imzalamayıb.
Kimmixin İngiltərə Premyer Liqası və İspaniya La Liqası təmsilçilərindən təklifləri var.