“Real” və “Liverpul” “Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, Münhen təmsilçisi yarımmüdafiəçi ilə müqaviləni uzatmaq niyyətindədir. Aprel ayında Almaniya klubunun keçmiş idman direktoru Hasan Salihamidzic danışıqlara başlasa da, yekun nəticə əldə edilməyib.
Qeyd olunur ki, futbolçunun agentləri Musialanın “Bavariya”da əsas oyunçu olmasını istəyir.
20 yaşlı almaniyalı 2020-ci ilin iyulundan “Bavariya”da çıxış edir. O, “Bavariya” ümumilikdə 133 oyun keçirib, 32 qol vurub və 25 məhsuldar ötürmə verib.