“Bavariya”nın hücumçusu Serj Qnabrinin son durumu bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, almaniyalı futbolçu 2-3 ay yaşıl meydanlardan kənar qalacaq. Frankfurt “Ayntraxt”ı ilə oyunda (1:5) zədələnən Serj meydanı xərəkdə tərk edib.
28 yaşlı Qnabri 2017-ci ilin iyulundan “Bavariya”da çıxış edir. Bu mövsüm o, klubda 11 oyun keçirib və 1 qol vurub.