Dünya futbolu

“Bavariya”nın hücumçusu klubunu dəyişdi

“Bavariya”nın hücumçusu Yusuf Kabadayı “Auqsburq”la müqavilə imzalayıb.

İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı almanla müqavilə 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Kabadayı “Bavariya”nın yetirməsidir.

Ötən mövsüm forvard II Bundesliqada “Şalke”nin heyətində 23 matçda 4 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43