Dünya futbolu

“Bavariya”nın məqsədi finalda oynamaqdır”

“Bavariya”nın müdafiəçisi Filipp Lam Almaniya kubokunun yarımfinalında Dortmund “Borussiya”sına qarşı keçirəcəkləri oyundan danışıb.

Təcrübəli futbolçu məqsədlərinin finala yüksəlmək olduğunu bildirib:

“Borussiya”nın heyətində inanılmaz dərəcədə istedadlı futbolçular cəmləşib. Amma “Bavariya”nın məqsədi finala yüksəlməkdir. Final sözü bizim üçün xüsusi motivasiyadır”.

Qeyd edək ki, “Bavariya” – “Borussiya” oyunu aprelin 26-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43