21 Yanvar 2025
Dünya futbolu

“Bavariya”nın müdafiəçisi klubda qalacaq?

“Bavariya”nın müdafiəçisi Alfonso Deyvis klubu ilə müqaviləsini uzatmağa yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında bir müddətdi danışıqlar davam edir. Hələlik anlaşma olmasa da, futbolçu Münhen klubunda qalmağa müsbət yanaşır. 

Mövsüm sonu müqaviləsi başa çatacaq Deyvislə daha öncə “Real”, “Barselona” və “Mançester Yunayted”in yaxından maraqlandığı da bildirilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43