07 Oktyabr 2024
Dünya futbolu

“Bavariya”nın qapıçısı Premyer Liqanı istəyir

“Bavariya”nın qapıçısı Aleksandr Nübel Premyer Liqa komandasına keçmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı qolkiper avrokuboklarda çıxış edən İngiltərə klubuna keçmək niyyətindədi. Son iki mövsüm Nubel icarə əsasında “Monako”da çıxış edib.

2022/23 mövsümündə qapıçı bütün yarışlarda 48 oyuna çıxıb, 75 qol buraxıb və 10 dəfə qapısını toxunulmaz saxlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43