“Bavariya”nın sabiq baş məşqçisi Niko Kovaç “Borussiya”ya rəhbərlik edəcək.
İdmanxeber.az-ın məlumatına görə, 53 yaşlı mütəxəssislə müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Kovaç iyun ayından komandaya rəhbərlik edən Nuri Şahini baş məşqçi postunda əvəzləyib.
Onun son iş yeri “Volfsburq” olub. Bundan əvvəl xorvatiyalı həm də “Monako”, “Bavariya” və Xorvatiya millisini çalışdırıb.
19 turdan sonra “Borussiya” 26 xalla Bundesliqanın turnir cədvəlində 11-ci yerdədir. Komanda həmçinin Çempionlar Liqasının ümumi mərhələsinin cədvəlində onuncu yeri tutub və turnirin pley-off mərhələsində vəsiqə qazanıb.