“Bavariya”nın yeni baş məşqçisi müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, Münhen təmsilçisi Vensan Kompani ilə anlaşıb. “Bernli”dən ayrılan Kompani yeni klubuyla 2027-ci ilə qədər müqavilə bağlayıb .
O, 2022-ci ildən “Bernli”ni çalışdırırdı. Komanda cari mövsüm Premyer Liqada 19-cu yeri tutub və Çempionşipə yuvarlanıb.