23 Dekabr 2024
Kateqoriyasız

Baxşıyevi razı salan və narahat edən məqamlar – açıqlama

“Ümumilikdə oyundan razı qaldım. İstədiyimiz o idi ki, komanda oyun yükünü hiss etdin. Toplanışda ilk oyunumuz idi. Bilirdik ki, bir az ağır olacaq”.

Bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Antalya toplanışında bu gün “Zaqlembe” (Polşa) ilə keçirilən yoxlama matçından sonra deyib.

Klubun rəsmi saytına danışan çalışdırıcı 1:2 hesablı məğlubiyyəti belə şərh edib: “Futbolçuların yanaşması məni qane edir. İnanıram ki, gündən-günə xətlərarası əlaqəni daha da yaxşılaşdıracaq və optimal formaya qayıdacağıq. Məqsəd İsayev zədəli olduğu, Murad Musayevin hərarəti qalxdığı üçün heyətdə dəyişikliyə getdik. Ümumi prosesdən razıyam. Nəticədən asılı olmayaraq, komanda mən istədiyimi verdi. Mövsüm ərzində də Emil Səfərov və Hüseyn Mürsəlovu ilk “11-lik”də görmüşük. İnanıram ki, bu toplanışdan sonra daha bir neçə gənc bizimlə davam edəcək. Urfan Abbasovun zədələnməsi bizi narahat edir. Ümidliyik ki, o, bunu adlaya biləcək. Patrik Robsonla müqavilə imzalamışıq. Təəssüf ki, koronavirusa yoluxduğu üçün komandaya qoşulmayıb. Onlar qoşulandan sonra heyətimiz bir az da geniş olacaq. İnanıram ki, komanda meydanda daha yaxşısını edəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43