“Bayer” Avropa Liqası finalında “Atalanta”ya 0:3 hesabı ilə məğlub olub.
İdmanxeber.az-ın məlumatına görə, görüşün türkiyəli şərhçisi Ertem Şener Almaniya klubunun məğlubiyyətində “Qarabağ”ı xatırlayıb.
O, Ağdam təmsilçisinin Avropa Liqası 1/8 final mərhələsində “Bayer”ə qarşı keçirdiyi oyunlar barədə xoş sözlər söyləyib.
Xatırladaq ki, “Qarabağ” Bundesliqa klubuna qarşı Bakıda keçirilən ilk görüşdə heç-heçə etmişdi (2:2). Səfərdə isə Leverkuzen təmsilçisi 3:2 hesabı ilə qələbə qazanmışdı.
Komandamız hər iki oyunda 2:0 hesabı ilə öndə olmasına rəğmən, qələbəni əldən verib.