20 Sentyabr 2024
Dünya futbolu

“Bayer” italiyalı oyunçunu istəyir

“Bayer” Raul Bellanovanı transfer siyahısına əlavə edib.

İdmanxeber.az-ın məlumatına görə, Leverkuzen klubu Ceremi Frimponqla yollar ayrılarsa, onun yerini italiyalı oyunçuyla doldura bilər.

Bellanova hazırda Torinoda çıxış edir. O, bu mövsüm A Seriyasında 28 oyunda 1 qol vurub və 5 məhsuldar ötürmə edib.

Transfermarkt portalına görə oyunçunun dəyəri 10 milyon avrodur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43