İspaniyanın “Jirona” klubunun futbolçusu Aleş Qarsiya karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, “Bayer” (Leverkuzen) ispaniyalı yarımmüdafiəçini rənglərinə bağladığını açıqlayıb.
Tərəflər arasında 5 illik müqavilə imzalanıb.
Qarsiya başa çatan mövsümdə “Jirona” forması ilə 40 oyunda 3 qola imza atıb.