“Bayer Münhen”in yarımmüdafiəçisi Camal Musiala Çempionlar Liqasının qrup mərhələsinin “Qalatasaray”la 4-cü tur matçında (2:1) zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı futbolçu matçın 40-cı dəqiqəsində əvəzlənib. Əvəzində meydana Tomas Müller daxil oldu.
Musialanın sağalma müddəti 2-4 həftə olacağı bildirilir. “Bayer Münhen”in baş məşqçisi Tomas Tuxel bu məlumatı təsdiqləyib.
Bu mövsüm Musiala komandanın heyətində bütün turnirlərdə 14 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.