18 Oktyabr 2024
Ölkə futbolu

“Bayer” – “Qarabağ” oyununa biletlər satışa çıxır

Avropa Liqası 1/8 final mərhələsində keçiriləcək “Bayer” – “Qarabağ” görüşündə biletlərin satışa çıxarılacağı vaxt bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, biletlər fevralın 27-də, yerli vaxtla saat 12:00-da  satışa çıxarılacaq. Qiymətlər 8-50 avro aralığındadır.

Martın 14-də reallaşacaq “Bayer 04” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. İlk görüş isə martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43