24 Oktyabr 2024
Dünya futbolu

“Bayer”də yeni müqavilə

“Bayer” yarımmüdafiəçisi Robert Andrixlə müqavilə uzadıb.

İdmanxeber.az-ın məlumatına görə, sözləşmənin müddəti 2028-ci ilə qədər nəzərdə tutulub.

29 yaşlı oyunçu 2021-ci ilin avqust ayında “Union Berlin”dən transfer edilib.

Almaniya millisinin üzvü ötən mövsüm “Bayer”də  meydana çıxdığı 45 rəsmi matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43