“Bayer”in müdafiəçisi Conatan Tah komandadan ayrıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı futbolçunun xidmətində “Barselona” maraqlıdır. Oyunçu özü də Kataloniya klubunda oynamağa müsbət yanaşır. Transfer yayda reallaşa bilər.
Tah 2015-ci ildən “Bayer”də oynayır və bu klubla müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.