“Bavariya” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, Münhen təmsilçisi “Bayer”in müdafiəçisi Conatan Ta ilə anlaşıb. 29 yaşlı müdafiəçi ilə yaxın vaxtda müqavilə bağlanacaq.
“Bavariya” transfer üçün “Bayer”ə 30 milyon avro ödəyəcək.
Conatan Ta 2015-ci ildən Leverkuzen təmsilçisində çıxış edir. O, həmçinin Almaniya millisinin şərəfini qoruyur.