"Bu gün həqiqətən də gözəl qələbə qazandıq. Bu gün uşaqlar nəyi bacarırlarsa ondan da artığını meydan qoydular. Bilirsiniz ki, bizim 9 futbolçumuz Zaqatalaya aparılmamışdı. Bu matçın çətin və əsas olduğunu nəzərə alıb baş məşqçimiz bu addımı atmışdı. Bütün komanda üzvlərini, məşqçilər korpusunu bu qələbə münasibəti ilə təbrik edirəm".
Bu sözləri idmanxeber.com-a açıqlamasında "Rəvan" klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.
Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Rəvan" səfərdə "Bakı"nı minimal hesabla məğlub edib. İlk görüşdə qonaqların da məhz bu hesabla qələbə qazanmasına görə, oyunda əlavə vaxt olub. Əlavə hissələrdə də hesab açılmayınca qalibi penaltilər müəyyənləşdirib. "Aslanlar" burada daha dəqiq oynayaraq, yarımfinala adlayıblar.
Şirəliyev çətin işin öhdəsindən layiqincə gələn futbolçulara yüksək məbləğdə mükafat veriləcəyini də, qeyd edib:
"Təbii ki, blə gözəl qələbəyə görə komanda üzvləri mükafatlandrılacaqlar. Bu dəfə çempionatdakından fərqli, daha yüksək məbləğ olacaq. Rəhbərlik onların bu zəhmətini yerdə qoymayacaq"