15 Avqust 2022
Kateqoriyasız

BDU-nun itkin düşən tələbəsinin meyiti dənizdə tapılıb – FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkın ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) aşkar edilən kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

İdmanxeber.az FHN-ə istinadən xəbər verir ki, müraciətlə əlaqədar Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 2003-cü il təvəllüdlü Qənbərli İlkin Emil oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, İ.Qəmbərli Bakı Dövlət Universiteti Geologiya fakültəsinin tələbəsi olub.

O, martın 1-də evdən çıxıb və geri qayıtmayıb. (oxu.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Bu oynamaq yox, sürünməkdir” – Kamran Ağayev

admin

Uels millisi Bakıda oyun öncəsi son məşqinə çıxdı – Fotolar

admin

Gəncədə Futbol Akademiyası inşa ediləcək

admin