Azərbaycan – İtaliya matçının son dəqiqələrində Sebastyan Covinkoya qarşı kobud oynayan Bədavi Hüseynov rəqibi sonuncu ümid foulu ilə dayandırdığına görə baş hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırıldı. Hüseynov AÇ-2016-nın seçmə mərhələsinin son görüşündü, Bolqarıstan matçında meydanda ola bilməyəcək.
İdmanxeber.com-un məlumatına görə, buna baxmayaraq o, millimizlə birlikdə Sofiyaya yollanıb. O, meydanda olmasa da, kənardan millimizə dəstək olacaq.