30 Noyabr 2024
Dünya futbolu

BƏƏ klubu xorvatiyalı məşqçi ilə danışıq aparır

Marko Nikoliç komandanın baş məşqçisi postundan istefa verdikdən sonra “Şəbab Əl-Əhli” Niko Kovacı dəvət etməkdə maraqlıdır.

İdmanxeber.az-ın məlumatına görə, BƏƏ klubu artıq 52 yaşlı mütəxəssislə danışıqlar aparıb. Daha bir neçə komanda Kovaçın baş məşqçi postuna namizədliyini nəzərdən keçirir.

Xorvatiyalı əvvəllər “Volfsburq”da çalışıb. Martın 17-də onun istefası açıqlanıb. Ötən mövsüm “Şabab Əl-Əhli” ölkə çempionatında ikinci yeri tutub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43