"Biz öncədən də birinci divizionda mübarizə aparacağımızı demişdik".
Bu sözləri idmanxeber.com-a açıqlamasında"Rəvan"ın vitse-prezidenti Bəhruz Şirəliyev deyib.
Klub rəsmisi daha sonra komandada baş verən kütləvi gedişdən danışıb:
"Yerli futbolçuları saxlamaq istəyirik. Həmişə yerli futbolçulara diqqət yetirən "Rəvan" yenə ənənəsinə sadiq qalmaq istəyir. Legionerlər isə təbii ki, göndəriləcək. Yerli futbolçulardan bəziləri isə komandada qalacaq. Hələ ki, konkret nəisə demək mümkün deyil.Yaxın günlərdə bu məsələlərə son nöqtə qoyulacaq".