Dünən “Rəvan” – “Xəzər Lənkəran” matçının start fitindən etibarən birincilərin vitse-prezidenti Bəhruz Şirəliyev həqiqətən də heç bu qədər həyəcanlanmamışdı desək belə yanılmarıq. İdmanxeber.com-un məlumatına görə, “aslanlar”ın rəsmisi öncə hesabda geri düşən komandanın göstərdiyi oyundan sonra narahatçılığı gözə dəysə də, sonradan vurulan qollar belə onu rahatlaşdırmayıb. Yalnız hakimin oyunu bitirməsindən sonra həqiqətən də Şirəliyevin üzündəki narahatçılıq rahatçılıqla sonuclandı. Hətta 90 dəqiqə boyunca oturacaqdan azı 15-20 dəfə ayağa qalxaraq həyəcanını boğmağa çalışan Şirəliyev, maraqlıdır ki, klub məşqçiləri və digər rəsmilərinin hakimin bəzi qərarlarına etdiyi etirazlara rəğmən sakitliyini qoruyurdu.
Bəhruz Şirəliyevin narahatçılığından doğan rahatçılığı – FOTO
İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43