”Fənərbağça”nım müdafiəçisi Rodriqo Bekao yenidən sıradan çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, zədədən təzə qayıdan braziliyalı müdafiəçi nin ayağında yırtıq əmələ gəlib. Onun 10 gün meydanlardan uzaq qalacağı gözlənilir.
Bekao ötən ilin yayında “Udineze”dən “Fənərbağça”ya keçib. O, bu mövsüm bütün turnirlərdə 14 oyuna çıxıb və 1 qol vurub.