06 Oktyabr 2022
Kateqoriyasız

“Belə azarkeşlər qarşısında oynamaq zövq verir” – Elmar Baxşıyev

Misli Premyer Liqasının I turunun “Turan Tovuz” – “Qəbələ” oyunundan (0:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

İdmanxeber.az xəbər verir ki, 42 yaşlı mütəxəssis matçdan sonra bunları deyib:

“Çox zövqverici oyun alındı. Belə tribunalar önündə oynamaq futbolçularım üçün zövqdür. “Turan” Azərbaycan futboluna gözəllik gətirən komandalardan biridir. Tovuz təmsilçisinə uğurlar arzulayıram. Fərqli hissələr oynadıq. İlk yarıda topa daha çox nəzarət etməyi düşündük. İkinci hissədə hücumları artıraraq istədiyimiz nəticəyə nail olduq.

Ramon Maçado komandaya 3-4 gün əvvəl qoşulduğu üçün tam hazır olması mümkün deyildi. 50-60 faiz hazır olsa da, kollektivi daha çox hiss etməsi üçün meydana buraxdıq. Rauf Rüstəmli akademiyamızın yetirməsidir. Gələcək vəd edən oyunçudur. Sarı vərəqə alması emosiya, istəklin olması ilə bağlıdır. Hər bir komanda burada oynamaqdan zövq alacaq. Mən qarışıq bütün komanda belə tribuna qarşısında oynamağa can atırdıq. Ümid edirəm ki, qarşıdakı oyunlarda stadionlarda daha çox azarkeş olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Sabah”dan tarixi start

admin

Azərbaycan Premyer Liqasının bərpa tarixi – Rəsmən açıqlandı

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin