Dünya futbolu

“Belə davam etmək lazımdır” – Yurgen Klopp

Dünən Premyer Liqanın növbəti turunda  “Liverpul” “Vulverhempton”la üz-üzə gəlib.

İdmanxeber.az-ın məlumatına görə, görüş “qırmızılar”ın 2:0 hesablı qələbəsi ilə sona çatıb. Komandanın baş məşqçisi Yurgen Klopp qarşlaşmanın ardından bunları deyib:

“Çətin olacağını bilirdik, lakin oyunun nəzarəti bizdə idi. Bəzi epizodlardan daha yaxşı istifadə etmək lazımdır. Ancaq topla davrananda tələsirik. İkinci hissə isə tamamən öz ritmimizi tapdıq. Ümumiyyətlə, bu gün yaxşı müdafiə olunduq. “Real” görüşdə əksi olmuşdu. İlk yarı yaxşı başlasaq da, ikinci hissə zəif çıxış etdik. Bu gün isə əla təsir bağışladıq. Belə davam etmək lazımdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43