Misli Premyer Liqasının 28-ci turunda “Kəpəz” ” Səbail”i 1:0 hesabı ilə məğlub edib.
İdmanxeber.az-ın məlumatına görə, Gəncə təmsilçisinin oyunçusu Abdulla Rzayev qarşılaşma sonrası oyun barədə fikirlərini bildirib:
– Çətin oyun idi. Əhəməyyətini bilirdik. “Səbail”lə aramızadakı xal fərqini artırmaq istəyirdik. Matça yaxşı hazırlaşmışdıq. Şükür ki, qələbə qazandıq.
– “Kəpəz”in Premyer Liqada qalmağı təmin etdiyini düşünmək olar?
– Premyer Liqada qalmağı qarşımıza məqsəd qoymuşuq. Komanda olaraq hamımız bunun üçün çalışırıq. İnanıram ki, bu tapşırığın öhdəsindən gələcəyik. Hər oyun bizim üçün vacibdir.
– Artıq əsas heyətin üzvünə çevrilmisən. Bu, sənə əlavə motivasiya verir?
– Qərarı baş məşqçi verir. Sözsüz ki, əsas heyətdə meydana çıxanda adam daha özgüvənli olur. Çalışıram ki, məşqçinin mənə verdiyi şansdan yaxşı istifadə edim. Ümid edirəm ki, daim əsas heyətin üzvü olaram.
– “Kəpəz”də icarə əsasında oynayırsan. Mövsümün sonunda “Sabah”a qayıdacaqsan?
– Hələ bu haqda danışmaq tezdir. Məqsədimiz var. Ona çataq, sonra digər məsələlər fikirləşərik.
– Ot örtüyü oyuna necə təsir edirdi?
– Özünüz də gördüz ki, stadion çox pis idi. Belə meydançada oynamaq çətindir. Ancaq mübarizə aparırıq. Texnikadan daha çox döyüşkənlik görünür.
– U-21 millisinin toplanışında idin. Toplanış necə keçdi?
– Yaxşı oldu. 2 yoldaşlıq oyunu keçirdik. Albaniyaya uduzduq, Sloveniyanı isə 2:0 məğlub etdik. Hər iki matçda 90 dəqiqə oynadım.
– Əsas milli komandaya çağırılmaq şansını necə dəyərləndirirsən?
– Hər futbolçuya əsas millidə oynamaq şərəf olar.