28 Noyabr 2024
Ölkə futbolu

“Belə oyunların mənim üçün faydası çox olur” – Qurban Qurbanov

“Rəşadı və “Zirə”ni təbrik edirəm. Çox yaxşı başladılar liqaya. Onlara uğurlar arzulayıram. Məğlub olduq, düşünürəm ki, öz potensialımızdan çox aşağı oynadıq. Amma futbolçularımı başa düşürəm. Oyun təcrübəsi olmadıqda, formadan uzaq olurlar. İlk matç göstərdi ki, çempionatda hər oyuna daha ciddi yanaşmalıyıq. Qarşıdakı oyunlarda lazım olsa, rotasiyalara gedəcəyik. Çünki futbolçuların sağlamlığı da vacibdir. Maraqlı çempionat başladı. Qarşıdakı oyunlarda daha yaxşı olmağa çalışacağıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məqşçisi Qurba Qurbanov “Zirə” matçının ardından keçirilən mətbuat konfransında deyib. O,  jurnalistlərin suallarını cavablandırıb:

– Bundan sonra toparlanmaq üçün təkan olacaq bu məğubiyyət?

– Uduzduqda, xal itirdikdə, belə oyunların komanda və mənim üçün faydası daha çox olub. Məncə, hər şey qaydasında olacaq. Çünki yaxş kollektivimiz, yaxşı futbolçularımız var. Daha yaxşı oynamağa qadirik. İnanıram ki, get- gedə hər futbolçunun gələcəkdə tam potensialını üzə çıxara biləcəyik.

– Azarkeşlər klubu transfer etməyə səslədi. Buna münasibətiniz?

– Onlar azaddırlar. Futbol azarkeşlərə görə oynanılır. Bəzən onlar da emosiyalarnı saxlaya bilmirlər. Normal qarşılamaq lazımdır. Amma dəfələrlə bildirmişəm ki, sezonun ortasında belə, transfer işləri ilə məşğul oluruq. Lazım olan oyunçuları dəvət edirik. Əfsuslar olsun ki, bəzən alınır, bəzən yox. Bu il az transferləe etməmişik. Transfer danışıqlarımız gedir. Məniç çox maraqlı və döyüşlkən futbolçularım var. Potensialımız bu deyil. Hamı bizim, “Qarabağ”ın üzərinə gəlir. Biz rəqiblərin üzərinə getməkdən çəkinməyəcəyik, həvəsdən düşməyəcəyik. Futbolçular bunu dərk edirlər. Bu komandanın nə olduğunu bilirlər. İnanıram ki, qarşıda bunu bacarcağıq. Pis tərəfini düşünəndə… Bacarmasaq, nə cavab verim sizə…Bacarmasaq, nə olacaq? Əminəm ki, futbolçularım döyüşkəndir, cəsurdur. Onlara güvənərək, onlarla birlikdə inanıram ki, yaxşı futbol göstərməyə, yaxşı nəticə əldə etməyə gecə-gündüz çalışacağıq.

– Qarşıda avrokubok oyunu var və UEFA Bakadakı matçları eyni günə salıb. Sizcə, buna görə Tofiq Bəhramova az azarkeş gələr?

– İnanmıram. Hər komandanın öz azarkeşi var. Bakıda 4 milyondan çox adam var. Burada problem olmayacaq. Futbol tarixində ilk dəfədir ki, üç oyun eyni şəhərdədir. Maraqlı olacaq. Təki hamı uğurlu nəticə əldə etsin, hamı sevinsin. Hər komandanın azarkeşləri bir-birinə qarışıb, təbrik etsinlər.

– UEFA-nın Azərbaycana münasibəti ikili standart kimi görünür….

– UEFA toxunulmaz qurumdur. Fikir bildirə bilmərik. Nizamnaməni tam bilmirəm.

– Dörd gündən sonra HİK-lə oyun var. Komandanı toparlamaq çətin olacaq?

– İnanmıram çətin olsun. Əksinə, mənə elə gəlir ki, daha rahat olacaq. Narazılıqlar “Rakuv”la ilk oyundan sonra var. Bu günə kimi davam edir. Üzərimizə gəlirlər yox, fikirlərini bildirir insanlar. Biz elə yola çıxmışıq ki, hazır olmalıyıq belə olaylara. Mən qarışıq, futbolçularım da xoşlayır ki, belə anda ayaqüstə duraq, məsuliyyətli olaq. Futbolçularım tam hazır olacaq.

– Futbolçulara hər hansı qadağa olacaq jurnalistlərə müsahibə vermək barəsində?

– Deməmişəm. Siz də çox narahat etməyin. Onlar nə etmək lazım olduğunu bilirlər.

– HİK-i araşdıra bilmisiz?

– Sanki ikinci “Rakuv”dur. Sistem və oyun olaraq belədir. Bərk komandadır. Skandinaviya komandaları intizamlı oynamağı xoşlayırlar. “Rakuv” kimi müdafiə olunurılar, hücumda çox bənzər epizodları var. Sabahdan futbolçulara rəqib barədə tapşırıqlar verəcəyik.

– HİK-in “Rakuv”a bənzəməsi szi naraht edir?

– Məni narahat etməyən komanda yoxdur. Hər rəqibin sürprizləri olur. Amma mən hər oyun, hər rəqibə qarşı istəmişəm ki, düşündüklərimizi yerinə yetirək. Ümumən yaxşı komandaya qarşı oynayacağıq. Çalışacağıq ki, daha yaxşı oyun göstərək.

– Maksim Medvedevin zədəsi nə yerdədir? Onu HİK-lə matçda start heyətində görəcəyik?

– Məncə, zədə deyil, əzələsində dartılma var. Qarşıdakı günlərdə hər futbolçunun idman formasına baxacağıq. Rəqibi də analiz edib, heyət barədə düşünəcəyik.

– Marko Veşoviçin yoxluğunda problem yarana bilər? HİK-in də ən yaxşı hücumları o cinahdandır…

– Rəqibin harada təhlükəli zonaları, futbolçuları varsa, əlavə diqqət ayıracağıq, futbolçulara deyəcəyik. Hansı oyunçu bizə təhlükə yaradarsa, ona diqqət ayıracağıq.

– Sizcə, çempionat daha maraqlı keçəcək? “Qarabağ” üçün çətin olacaq?

– Bu gün belə nəticə olubsa, göründü ki, çempionat maraqlı olacaq. Hər rəqib keçən illə müqayisədə daha iddialıdır, çox transfer ediblər. Bunlara hazır olacağıq. Amma biz də pis deyilik. Daha ciddi və işgüzar olmalıyıq. Təki maraqlı olsun.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43