08 Oktyabr 2024
Dünya futbolu

“Belə şeyləri “Barsa”dan öyrənmişik” – sabiq “Real”lı

“Real”ın sabiq qapıçısı Eji Dudek “El-Klasiko” görüşlərinə marağın azaldığını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, o, Joze Mourinyo və Pep Qvardiolanın çalışdığı dönəmdə La Liqanın çox fərqli olduğunu bildirib:

“Real – “Barsa” rəqabəti fərqli səviyyədə idi. Qvardiola və Mourinyoyla bu döyüşləri izləmək heyrətamiz olurdu. Onlardan çox şey öyrənə bilərsiniz. Bütün xırda detallara diqqət yetirmək lazım idi. Hətta hakimə belə təzyiq göstərməyi bacarmalıydıq. Belə şeyləri “Barselona”dan öyrənmişdik. Bir dəfə Joze bizə  “Uşaqlar, rəqib hakimə daim təzyiq göstərir, siz də belə etməlisiniz. Buna xüsusi diqqət yetirin” dedi.

Messini dayandırmaq lazım olsa da bu, mümkün deyildi (gülür). Onların səviyyəli heyətləri var idi. İndi Qvardiola ilə Mourinyo arasındakı döyüş üçün darıxırıq. Bu, böyük təcrübə idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43