05 Yanvar 2025
Ölkə futbolu

“Belçika, Azərbaycan və Estoniyanı məğlub etməliyik”

İsveç millisinin futbolçusu Mattias Svanberq AVRO-2024-ün seçmə mərhələsində keçirəcəkləri oyunlar barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi final mərhələsinə vəsiqə şanslarının az olmasına baxmayaraq, hələ də ümidini itirmir:

“Seçmə mərhələnin qarşıdakı turlarında Belçika, Azərbaycan və Estoniyanı məğlub etməliyik. Hazırda yalnız həmin qarşılaşmalarda qələbə qazanmaq barədə düşünürük. Avropa çempionatı kimi böyük turnirlərdə iştirak etmək istəyirik. Bunun üçün hər şeyi edəcəyik”.

Oktyabrın 16-da Belçikanın qonağı olacaq İsveç yığması noyabrın 16-da Azərbaycanla səfərdə, 19-da isə Estoniya ilə evdə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43