Belçika yığmasının daha bir ulduzu sentyabrda millimizə qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununu buraxacaq.
İdmanxeber.az-ın məlumatına görə, “Mançester Siti”də çıxış edən Kevin De Bröyne zədə səbəbindən Bakıdakı matçda oynamayacaq. 32 yaşlı pleymeyker Premyer Liqanın açılış matçında səfərdə “Bernli” ilə görüşdə (3:0) dizindən zədə alaraq əvəzlənib.
Belçika yığmasının qapıçısı Tibo Kurtua da zədə səbəbindənn millimizlə görüşdə iştirak etməyəcək.
Sentyabrın 9-da keçiriləcək Azərbaycan – Belçika oyunu saat 17:00-da başlayacaq.