Almaniya Bundesliqasında mübarizə “Hamburq” klubunun biznesmen azarkeşi Klaus-Mixael Kyune şəxsi vəsaitindən klubun büdcəsinə transferlər üçün 25 milyon avro pul köçürüb.
İdmanxeber.com “dailysport”-a istinadən xəbər verir ki, “Forbes”in jurnalında dünyanın ən varlı insanları arasında 119-cu pillədə qərarlaşan Kyunenin varidatı 7,8 milyard avro dəyərində qiymətləndirilir.
“Hamburq” artıq ilk transferini reallaşdırıb. Bundesliqa klubu “Napoli”nin yarımmüdafiəçisi Valon Behramini 4,5 milyon avroya heyətinə qatıb.
Bundan əlavə, “Hamburq” “Maynts”dan Nikolay Mülleri və “Ausburq”dan Mattias Ostjolekanı almağı planlaşdırır.