Dünya futbolu

Bellinqemi Haaland gətirir

“Borussiya”nn (Dortmund) ulduzu Yud Bellinqem karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, gənc futbolçu hazırda “Real” və “Liverpul” klublarının diqqətindədir. Onun yayda Almaniyadan ayrılması gözlənilir.

İngiltərəli futbolçu adı çəkilən oyunçularla yanaşı, Pep Qvardiolanın da nəzərindədir. “Mançester Siti” rəhbərliyinin izləmisidə olan Bellinqem karyerasını “şəhərlilər”də davam etdirə bilər.

İspaniyalı mütəxəssis Erlinq Haalanda sabiq komanda yoldaşını razı salmasını tapşırıb. O, norveçli futbolçunun vasitəsi ilə gənc oyunçunu heyətinə qatmağı düşünür.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43