“Real”ın və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqemin kiçik qardaşı Cob Bellinqem karyerasını Premyer Liqada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 19 yaşlı oyunçu ilə “Kristal Pelas”la müqavilə bağlamaq niyyətindədir. Transfer yanvarda baş tuta bilər. “Sanderlend” futbolçunu 20 milyon funt-sterlinq dəyərində qiymətləndirir.
Bellinqem bu mövsüm Çempionşipdə 23 matçda 4 qol vurub və 3 məhsuldar ötürmə edib.