28 Sentyabr 2024
İdman

Ben Simmons mövsümü bağladı

“Bruklin Nets”də çıxış edən Ben Simmons bu mövsüm bir daha oyuna çıxa bilməyəcək.

İdmanxeber.az-ın məlumatına görə, avstraliyalı basketbolçu bu mövsüm zədələr ucbatından cəmi 15 oyuna çıxa bilmişdi. Belindəki problemlər davam edən 27 yaşlı oyun qurucu həkimlərlə məsləhətləşdikdən sonra bu mövsüm oynamamağa qərar verib.

Simmons son 3 mövsümdə 246 qarşılaşmadan cəmi 115 də oyuna çıxa bilib.

O, Ceyms Harden qarşılığında “Filadelfiya 76″dan 2022-ci ildə Netsə treyd olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43