“Fənərbağça”nın futbolçusu İsmayıl Yüksək klubdan ayrıla bilər.
İdmabxeber.az-ın məlumatına görə, “Benfika” futbolçunun xidmətində maraqlıdır. Portuqaliya klubu qışda İstanbul təmsilçisiylə danışıq aparacaq.
Yüksəyin 2027-ci ilə qədər “Fənər”lə müqaviləsi var. Onun bazar dəyəri 12 milyon avro göstərilir.
Xatırladaq ki, Türkiyə millisinin iki üzvü – Kerem Aktürkoğlu və Orkun Kökçü də “Benfika”da çıxış edir.