Gənc ulduz karyerasını Portuqaliyada davam etdirə bilər.
Portuqaliyanın “Benfika” klubu “Trabzonspor”un 19 yaşlı futbolçusu Abdülkadir Ömürü heyətini qatmaq istəyir. Türkiyə mətbuatının yazdığı xəbərlərə əsasən, “Benfika” klubu bu transfer üçün qarşı tərəfə 16 milyon avro təklif etsə də, Qara Dəniz təmsilçisi 20 milyon avro tələb edib. Sözügedən oyunçunun keçidi üçün Portuqaliya klubunun rəhbərliyi yaxın günlərdə “Trabzonspor”la bir daha görüşəcəyi bildirilib.
İdmanxeber.az